Nasir Kənani X sosial şəbəkədə yazıb: “Sionist rejim Fələstində hərbi cinayətləri və soyqırımları davam etdirməklə, ölkələrin suverenliyi və ərazi bütövlüyünü kobud şəkildə pozması, regionda və dünyada terrorizmi inkişaf etdirmək, beynəlxalq sülh, sabitlik və təhlükəsizliyi təhdid etməklə Fələstin, region və dünya xalqlarının qəlbində qəzəb və nifrət toxumları səpir.”
Ölkəmizin diplomatik qurumunun sözçüsü əlavə edib: “Tüğyankar və irqçi İsrail rejiminin dünyanın ədalət axtaran xalqlarının və hökumətlərinin qəzəb və atəş fırtınalarına tuş gələcəyi o qədər də uzaq deyil.
فَلْیَضْحَکُوا قَلِیلًا وَلْیَبْکُوا کَثِیرًا جَزَاءً بِمَا کَانُوا یَکْسِبُونَ
“Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar!” (Tövbə surəsi, ayə 82)”
Kənani: İsrail tüğyankar rejimi ədalətsevər xalqların və hökumətlərin qəzəbinə tuş gələcək
2 avqust 2024 at 19:26
Xəbər kodu:
85556335
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial şəbəkədə sionist rejimin Fələstində müharibə cinayətləri və soyqırımı davam etdirməsi, bölgədə və dünyada terroru inkişafı etdirməklə Fələstin, region və dünya xalqlarının qəlbində qəzəb və nifrət toxumu səpdiyinə işarə edərək yazıb: “Tüğyankar və irqçi İsrail rejiminin dünyanın ədalətsevər xalqları və hökumətlərinin qəzəb və atəş fırtınalarına tuş gələcəyi çox da uzaq deyil.”
Sizin rəyiniz